Modern photo

Kifoz, Lordoz

Kifoz-onurğanın anormal şəkildə önə doğru əyilməsi və arxanın olması lazım olduğundan daha çox  qabarmasıdır.  Çox vaxt kürək nahiyəsində olur və ciddi kifoz  deformasiyası olanlara el arasında qozbel də deyilir. 
Yüngül kifoz adətən insan üçün çox az problem yaratsa da, ağır kifoz ayaq üstə durmaqdan nəfəs almaqda çətinlik çəkməyə qədər müxtəlif problemlər yarada bilər.

Lordoz bel bölgəsindəki təbii qövsün normalın üzərində olduğunda yaranır. Bu vəziyyət onurğada həddindən artıq təzyiqə səbəb olub ağrılara yol açır. Onlara yandan baxdıqda bel C şəklində görünür. Lordozun olub-olmadığını yoxlamaq üçün ən asan yol sərt bir yerə kürəyi üstə yatıb əlinizi sıx bir şəkildə belinizin altına sürüşdürməniz lazımdır. Əgər lordozunuz varsa əlinizlə beliniz arasında əlavə boşluq olacaq.

Həkim(lər):


Əlaqə