Bədii Gimnastika

Bədii gimnastika - gimnastika və rəqs hərəkətlərinin musiqi müşayiəti ilə alətsiz və alətlərlə (ip, halqa, top, gürzlər, lent) icra olunduğu bir idman növüdür. Bədii gimnastika idman növü kimi XIX əsrdə formalaşmağa başlamışdır. Fransız vokal pedaqoqu, səhnə sənətinin nəzəriyyəçisi Fransua Delsart (1811-1871) müvazinət, gözəllik, sağlamlığın saxlanılması və uğurun əldə olunmasında fiziki hərəkətlərin böyük rol oynadığına inanırdı. Delsartın “ifadə sistemi”nin vokal və teatr quruluşlarının ifaları, rəqslərin təkmilləşdirilməsində faydası önə çəkilmişdir. Onun hərəkət və estetika ilə bağlı ideyaları müasir bədii gimnastikanın əsas prinsipini formalaşdırmışdır: hərəkət vasitəsilə ifadə etmə.

Digər xidmətlərimiz